Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UNICEF-in Qlobal İllik Nəticələr Hesabatında ölkəmizin müsbət təcrübəsi qeyd olunub


UNICEF tərəfindən 2021-ci ildə dünya təhsil sistemində baş verən yeniliklərə dair qlobal illik nəticələr hesabatı dərc olunub. Hesabatda ölkəmizin təhsil sahəsinin bir sıra istiqamətləri üzrə əldə etdikləri nailiyyətlər qeyd olunub. 

Belə ki, Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən məktəbəqədər hazırlıq proqramının 5 yaşlıların 90 faizini əhatə etməsi sənəddə xüsusi şəkildə vurğulanıb. Eyni zamanda, ölkəmizin ucqar ərazilərində icra olunan icma əsaslı məktəbəqədər təhsilin inkişafına yönəlik layihənin miqyasının genişlənməsi nəticəsində 55 şəhər və rayonda 695 icma mərkəzi üzrə 850 icma əsaslı məktəbəqədər təhsil qrupunun yaradılması müsbət təcrübə kimi təqdim olunub. Hazırda bu qruplarda 16041 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb olunub. 

 Hesabatda həmçinin Təhsil Nazirliyi və UNICEF arasında əməkdaşlıq çərçivəsində münaqişədən zərər çəkmiş 9 regionda məktəb əsaslı psixoloji sağlamlıq və psixososial dəstək layihəsinin həyata keçirilməsi yüksək qiymətləndirilib. Bu çərçivədə uşaq və yeniyetmələrin sosial və emosional öyrənmə bacarıqlarını inkişaf etdirmək üçün 4050 müəllimə təlimlərin təşkil olunduğu qeyd edilib.

Ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.


Tarix: 7-07-2022, 09:00

Xəbəri paylaş