Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Firudin Qurbanov: Ölkəmizdə gənclərin təhsilinə ciddi önəm verilir





Ölkəmizdə gənclərinin təhsilinə ciddi önəm verilir. Çünki gənclər bizim gələcəyimizdir. Bu istiqamətdə də yeni layihələr var və yenə də olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumunda Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov söyləyib.
Nazir müavini tikilib istifadəyə verilən modul tipli məktəblər barədə Forum iştirakçılarına məlumat verib. O, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” barədə də danışıb".
Tələbə krediti barədə məlumat verən Firudin Qurbanov deyib: “Təhsil Tələbə Krediti Fondunun (TTKF) yaradılması vacib əhəmiyyətə malikdir. Bu Fond gənclərin təhsilə əlçatanlığının təmin olunmasına xidmət edən mühüm bir addımdır. Bu, təhsilə və gələcəyimizə göstərilən dövlət qayğısının təcəssümüdür”.


Tarix: 28-06-2022, 14:55

Xəbəri paylaş