Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Kollecdə “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirici tədbir keçirilib



Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26–nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün stimul yaranır. 
23 iyun 2022–ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 26 iyun “Narkotik vasitələrin sui–istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar maarifləndirmə məqsədi ilə “Mən öz gələcəyimi secirəm” adlı seminar keçirildi. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru dosent Ruslan Həmidov tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə “Mən öz gələcəyimi seçirəm” mövzusunda təşkil olunan tədbirin əhəmiyyətini vurğulayaraq bildirdi ki, narkotik vasitələrin insan sağlamlığına və həyatına vurduğu ziyan, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Azərbaycan “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dünyanın başı üzərində dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən müdrik şəxsiyyət Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” Fərmanından sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İnsanları, xüsusilə gəncləri sağalmaz xəstəliklərə düçar edib onların ömrünü qaraldan “ağ ölüm”dən qurtulmaq məqsədilə respublikamızın müxtəlif bölgələrində maarifləndirici layihələr həyata keçirilir. Belə tədbirlərin görülməsi artıq ölkəmizdə ənənəyə çevrilib. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Məruzəsində Kollecin psixoloqu Zülfiyyə Əliyeva narkomaniyanın təsirindən qeyd edərək bildirdi ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. 
   Çıxış üçün söz Kollecin II kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Rəhimə Rzazadəya verildi. O, çıxışında qeyd etdi ki, bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. 
Tədbirdə iştirakçılara mövzunu əhatə edən bukletlər paylanıldı.
Tədbirdə Kollecin müəllim və tələbələri iştirak edirdilər.
Sonda “Narkomaniyaya YOX deyək” adlı maarifləndirici videoçarx nümayiş olundu.
 
Cəmil Quliyev
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.


Tarix: 24-06-2022, 14:21

Xəbəri paylaş