Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UTECA-da Qida Təhlükəsizliyi mövzusunda fikir mübadiləsi aparılıb








Azərbaycan Texnologiya Universitetində beynəlxalq səviyyəli peşəkar mütəxəssis Nailə Mehrabova ilə dünyada əsas prioritet problem olan qida təhlükəsizliyinin təmin olunması və UTECA-nın bu sahədə rolu mövzusunda görüş keçirilib. 
Görüş zamanı rektor, professor Akif Süleymanov universitetin baza ixtisaslarından birinin məhz qida sənayesi olduğunu vurğulayaq əməkdaşlığın məhsuldar olacağına əminlik ifadə edib, yaranan şəraiti həm tələbə və gənc tədqiqatçılar, həm də professor heyəti üçün yaxşı fürsət kimi qiymətləndirib. 
Oksford Universitetində təhsil almış, eləcə də Stanford Universitetinin Executive MBA üzrə ilk azərbaycanlı qadın məzunu olan N.Mehrabova qida təhlükəsizliyinin dünyada prioritet mövzu olduğunu, qida təhlükəsizliyi və bu sahənin kadr hazırlığı istiqamətində mühüm araşdırmalar apardığını bildirərək UTECA-nın bu kontekstdə əhəmiyyətli rol oynaya biləcəyini deyib. 
Beynəlxalq strateji məsələlər üzrə məsləhətçi, Stanford və Oxford universitetlərinin məzunu Nailə Mehrabova: “Bildiyimiz kimi qida təhlükəsizliyi və təminatı mövzusu hazırda dünyada ən aktual problemlərdən biridir. Eyni zamanda bu sahədə tədqiqatlar aparılması və peşəkar kadrlar yetişdirilməsi böyük əhəmiyyət daşıyır. Bu məqsədlə UTECA-nın elmi və kadr potensialı, resurs bazası haqqında əldə etdiyim məlumat, alimlərlə, tələbələrlə apardığımız fikir mübadiləsi, son illərdə rektor prof. Akif Süleymanovun rəhbərliyi ilə universitetdə həyata keçirilmiş işlər məndə UTECA-nın bu sahədə ciddi töhfə verəcəyinə inam yaratdı”.
Biznes innovator universitetin mövcud resursları və elmi bazası ilə də tanış olub. 
Qida mühəndisliyi fakültəsinin akademik heyəti, tədqiqatçıları və tələbələri ilə davam edən görüşdə müvafiq sahənin aktual problemlərinə toxunulub, müzakirələr aparılıb. Universitetin alimləri öz təklif və mülahizələrini bildiriblər. Vaxtilə - artıq 26 yaşında CEO olan N.Mehrabova strateji tranformasiya mövzusunda çıxış edərək öz təcrübələrini bölüşüb. O, Transxəzər, Cənubi Qafqaz neft və neft məhsullarının daşınması layihəsində təcrübəyə sahib mütəxəssis neft, su, qida təhlükəsizliyi, innovasiyalar üzrə araşdırmalar aparır, daha sonra özəl və dövlət sektorunda məsləhətçi kimi çıxış edir.
 


Tarix: 6-06-2022, 17:11

Xəbəri paylaş