Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun uğurla təcrübə keçən tələbələrinə sertifikat təqdim olunub


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-mexanika fakültəsinin METAK şirkətində təcrübə keçən 14 tələbəsinə sertifikat təqdim olunub.
Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov tələbələrin savadlı kadr kimi yetişməsi üçün nəzəri biliklərə xüsusi önəm verilməsi ilə yanaşı, onların təcrübə keçməsinin də əhəmiyyətindən danışıb. METAK şirkətinin istehsalat direktoru Mübariz Əzimov isə bir ay yarım müddətində qarşılıqlı əməkdaşlıq layihəsi əsasında təcrübəni uğurla keçən tələbələrdən razı qaldıqlarını, onların təcrübəyə çox ciddi yanaşdığı bildirib.


Tarix: 3-06-2022, 13:44

Xəbəri paylaş