Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ECAR layihəsi çərçivəsində İsveç Rektorlar Konfransı təcrübəsi öyrənilir





Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov və rektorun elmi-tədqiqat məsələləri üzrə müşaviri Fariz Məmmədov Erasmus+ KA2 proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması”(ECAR) layihəsi çərçivəsində “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı seminarda iştirak etmək üçün İsveçə səfər ediblər.
İsveçin Kral Texnologiya Universitetinin ev sahibliyi etdiyi tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müşaviri Nicat Məmmədli, həmçinin 14 ali məktəbin rektorları, prorektorları və digər rəhbər şəxslər iştirak edirlər.
Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələri, eləcə də Kral Texnologiya Universitetinin, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı da nəzərdə tutulub.
Qeyd edək ki, seminarın növbəti günlərində Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər- 2030 gələcəyə baxış” mövzusunda təqdimatı keçiriləcək.


Tarix: 18-05-2022, 11:37

Xəbəri paylaş