Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universitetində işgüzar görüş





Azərbaycan Texnologiya Universiteti ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında görüş keçirilib. UTECA-da baş tutan işgüzar görüşdə hər iki müəssisənin rəhbərləri və müfaviq əməkdaşları iştirak edib. 
Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov bildirib ki, bütün sektorlarda olduğu kimi heyvandarlıq sahəsində də müasir və innovativ texnologiya öz sözünü deyir. Rektor universitetin Qida mühəndisliyi fakültəsinə qəbul göstəricinin son illər ərzində artan dinamikasını da əsas gətirərək qarşılıqlı əməkdaşlığın məhsuldar və perspektivli olacağına ümid etdiyini qeyd edib.  
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev əməkdaşlıq çərçivəsində görülə biləcək işlərdən danışıb. Müzakirələr zamanı mütəxəssis mübadiləsi, UTECA tələbələrinin ETİ-də müvafiq təcrübə imkanları, birgə laboratoriyanın qurulmasından, fermerlərin, eləcə də heyvandarlıq müəssisələrinin  texnoloji tələblərindən və problemlərindən danışılıb.  
Görüşün sonunda UTECA ilə Heyvanlardlıq ETİ arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi UTECA-nın rektoru, professor Akif Süleymanov və Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev imzalayıblar. 
Daha sonra ETİ-nin nümayəndə heyəti Qida mühəndisliyi fakültəsi və laboratoriyaları ilə tanış olublar. 


Tarix: 22-04-2022, 23:34

Xəbəri paylaş