Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Məktəb liderliyi” proqramına qeydiyyat başlanıb



Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzi ilə birgə gələcəkdə dövlət ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi” proqramına sənəd qəbulu elan edir.
Təhsil İnstitutundan bildirilib ki, proqramın məqsədi müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasıdır. Proqram beş modul üzrə 145 saatı əhatə edir.
Təlimlər həftədə iki dəfə (cümə və şənbə günləri) olmaqla 3 ay müddətində keçiriləcək.
Proqrama 5 ildən az olmayaraq ümumtəhsil müəssisələrində pedaqoji stajı olan ali təhsilli şəxslər müraciət edə bilər. İştirakçı seçimi üç mərhələdə həyata keçirilir: elektron sənəd qəbulu, test imtahanı və müsahibə. Hər üç mərhələni uğurla keçən şəxslər proqramda iştirak hüququ qazanır. Test imtahanı mərhələsində namizədlərin tənqidi oxu, riyazi-məntiqi və yazı bacarıqları dəyərləndiriləcək.
Proqramda 50 nəfər namizədin iştirakı nəzərdə tutulur. İştirak etmək istəyən şəxslər mayın 1-dək müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər.


Tarix: 22-04-2022, 14:33

Xəbəri paylaş