Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mərkəzi Elmi Kitabxananın fondları yeni nəşrlərlə zənginləşir





Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Yazıçılar Birliyindən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən, xarici ölkələrdən və müəlliflər tərəfindən bir sıra yeni nəşrlər təqdim olunub.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, nəşrlər sırasında “Vətən bağı al-əlvandır”, “Söhrab Tahir Azər Azərin lirikası” (Gülxani Pənah), “Milli kökümüzə, dilimizə, ədəbiyyatımıza yeni baxış” (Gülxani Pənah), “Ümumiləşmiş inteqrallar və koşi tipli inteqralların sərhəd xassələri” (Rəşid Əliyev), “Vətən adlı dinim var...” (Gülxani Pənah), “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” (Məhəbbət Paşayeva) və s. nəşrlər yer alır. Sözügedən nəşrlərin böyük əksəriyyəti milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik mövzularını əhatə edir.
 Bunlarla yanaşı, MEK-ə Türk Dil Qurumundan “Türk dili”, Moskvadan isə “Kitay” jurnalları daxil olub.


Tarix: 19-04-2022, 23:58

Xəbəri paylaş