Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universiteti ilə "Gəncə İş Adamları" İctimai Birliyi rəhbərləri arasında əməkdaşlıq memorandumu imzalanıb


 
Azərbaycan Texnologiya Universitetində rektor, professor Akif Süleymanovla "Gəncə İş Adamları" İctimai Birliyinin sədri Zəfər Məmmədovun görüşü keçirilib. 
Görüş zamanı rektor, professor Akif Süleymanov ölkə başçısının sahibkarlara diqqət və qayğısından, sahibkarlığın inkişafına dövlət dəstəyindən danışıb. Bildirib ki, Azərbaycan Texnologiya Universiteti də öz növbəsində "Gəncə İş Adamları" İB ilə əməkdaşlıqda maraqlıdır. Professor rədris və sənaye  üzrə müşaviri Aqil Eyvazovun "Gəncə İş Adamları" İB-nin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə nümayəndəliyinin rəhbəri seçilməsini də təqdirəlayiq hal kimi qiymətləndirib. Qeyd edib ki, sənaye əlaqələri, məzunların işlə təmin olunması Azərbaycan Texnologiya Universitetinin prioritetləri sırasındadır və universitet Gəncə İş Adamları birliyində vahid platformada yer alan müsəssisələrə, iş adamlarına hərtərəfli elmi dəstək göstərməyə hazırdır.  
"Gəncə İş Adamları" İctimai Birliyinin sədri Zəfər Məmmədov təşkilatın da öz növbəsində sahibkarlığın inkişafında elmi yanaşma və kadr təminatı baxımından Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq niyyətində olduğunu deyib. Z.Məmmədov universitetin ixtisas profillərinin təşkilatın maraqlarına uyğun gəldiyini, elmi potensialından yararlanmağa ehtiyac olduğunu vurğulayıb.   
Görüş zamanı əməkdaşlığın ilkin variantları müzakirə edilib, ardından əməkdaşlıq memorandumu imzalanıb


Tarix: 15-04-2022, 23:52

Xəbəri paylaş