Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının təqdimatı olub



                                                                                                    
Aprelin 15-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, eləcə də PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) rəhbəri Andreas Şleyxerin “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının təqdimatı olub.
 
Kitab Təhsil Nazirliyinin dəstəyi ilə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap edilib.
 
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev kitabın Azərbaycan dilinə tərcümə olunmasını yüksək qiymətləndirib. Nazir Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakından bəhs edərək bildirib ki, ölkəmizin PISA tədqiqatında iştirakı təhsilimizin nailiyyətidir. Hazırda PISA qiymətləndirmə tədqiqatına yalnız Bakı məktəbləri cəlb olunub. Gələcəkdə bu tədqiqatda bütün Azərbaycan məktəblərinin iştirakı nəzərdə tutulur.
 
Təhsil naziri çıxışının sonunda vurğulayıb ki, kitab Azərbaycan təhsil ictimaiyyəti üçün dəyərli mənbə olacaq.
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov da öz növbəsində qeyd edib ki, kitabdan ADPU-nun magistratura pilləsində təhsil alan tələbələr dərslik kimi istifadə edəcəklər.
 
“T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru və yaradıcılarından biri Cəfər Mənsimi platforma haqqında ətraflı məlumat verib və kitabın ərsəyə gəlməsi prosesindən danışıb.
 
Təqdimat çərçivəsində kitabın müəllifi Andreas Şleyxer “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” mövzusunda ustad dərsi keçib. Andreas Şleyxer bildirib ki, PISA yarış deyil, bu, beynəlxalq tədqiqat güzgüdür. Bu güzgüdə ölkələr öz təhsil sistemlərini görə bilirlər.
 
Andreas Şleyxer deyib ki, gələcəkdə təhsilin elmi tədqiqat sahəsinə çevrilməsinə çalışmaq lazımdır.  
 
Andreas Şleyxer dünya təhsil sisteminin keçdiyi inkişaf yoluna nəzər salıb, təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.
 
Sonda iştirakçılara kitab hədiyyə olunub.


Tarix: 15-04-2022, 23:48

Xəbəri paylaş