Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türkiyəli məktəblilər Füzuli və Şuşada səfərdədirlər





    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Türkiyə Respublikası Kastamonu vilayətinin Kuzeykent ibtidai məktəbinin 4-A sinfinin şagirdləri və müəllim heyəti ölkəmizdə səfərdədir. 
     
    Nümayəndə heyəti 14-15 aprel tarixlərində işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib.
     
    Səfər çərçivəsində məktəblilərə işğaldan azad olunan ərazilərin zəngin təbiəti, mədəni və tarixi irsi barədə ətraflı məlumat verilib. Şagirdlər Şuşa şəhərində yerləşən Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa məscidini, Bülbülün ev-muzeyini, Cıdır düzünü ziyarət ediblər. 
     
    Nümayəndə heyətinə işğal zamanı Azərbaycanın görkəmli şəxsiyyətləri olan Bülbülün, Xurşidbanu Natəvanın və Üzeyir Hacıbəyovun güllələnmiş heykəlləri nümayiş olunub.
     
    Sonda qonaqlarla birlikdə xatirə şəkili çəkilib.


Tarix: 15-04-2022, 23:46

Xəbəri paylaş