Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UTECA-da adlı təqaüd qazanan tələbələr müəyyən edilib



 
Azərbaycan Texnologiya Universitetində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünü qazanan tələbələrin adları məlum olub. Onlar  Yüngül Sənaye Mühəndisliyi və Loqistika fakültəsinin çoxişlənən malların texnologiyası mühəndisliyi ixtisasının III kurs tələbəsi Əvəz Qafarov və Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisasının I  kurs tələbəsi Rəvan Atəşidir. 
Universitetin rektoru, professor Akif Süleymanov həmin tələbələri qəbul edib. Rektor Əvəz və Rəvanı nailiyyətləri münasibətilə təbrik edib, dərslərində müvəffəqiyyətlər arzulayaraq uğurlarının davamlı olması üçün bir sıra tövsiyələr verib. 
Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 07 sentyabr 2007-ci il tarixli 311 saylı məktubuna əsasən hər smestr sonunda Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalı olan iki əlaçı tələbəyə 300 manat dəyərində birdəfəlik adlı təqaüd verilir. 


Tarix: 15-04-2022, 14:25

Xəbəri paylaş