Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Kembric Universitetinin professoru ADNSU-da olub



Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kembric Mərkəzi Asiya Forumunun direktoru, həmçinin Böyük Britaniyanın Kembric Universitetinin professoru Montu Saksena və nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdət Həsənov iştirak ediblər.
ADNSU-da olmaqdan məmnun olduğunu deyən professor Montu Saksena Kembric Universitetinin, o cümlədən Kavendiş laboratoriyasının fəaliyyəti çərçivəsində müxtəlif sahələrdə ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə həmçinin, ADNSU-nun Kembric Universiteti ilə əməkdaşlıq əlaqələri, xüsusilə onların təcrübəsinin ADNSU-da tətbiq olunması istiqamətində fikir mübadiləsi aparılıb. Eyni zamanda görüşdə doktorantura hazırlığında universitetlər arasında birgə iş aparılması, dissertasiya işlərinə ikili rəhbərlik və digər mövzular müzakirə edilib. ADNSU-nun ingilis dilli ixtisaslarında təhsil alan tələbələrin Kembric Universitetində dövlət xətti ilə təhsillərini davam etdirməsi, digər istiqamətlərdə qarşıda duran vəzifələr və perspektiv proqramlar müzakirə edilib və razılığa gəlinib.


Tarix: 5-04-2022, 12:37

Xəbəri paylaş