Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türkiyə Prezidenti Azərbaycan və Türkiyə arasında peşə təhsili üzrə əməkdaşlığa dair Protokolu təsdiqləyib



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u təsdiqləyib.

Sözügedən protokol 19 fevral 2021-ci il tarixində təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk tərəfindən imzalanıb.

Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir. Həmçinin bu Protokol çərçivəsində Azərbaycanda Türkiyə ilə birgə 2 yeni peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.















Tarix: 2-04-2022, 13:07

Xəbəri paylaş