Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb




           Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 31 mart soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
31 Mart soyqırımının tarixindən danışan rektor, professor M. Babanlı, erməni millətçilərinin tarix boyu azərbaycanlılara qarşı törətdiyi vandallıqlardan bəhs edib, 1918-ci il mart qırğınlarının öz amansızlığına və miqyasına görə bəşər tarixindəki ən qanlı faciələrdən biri olduğunu deyib. Soyqırımının maddi-mədəniyyəimizə də ciddi təsir göstərdiyini vurğulayan rektor M.Babanlı mart qırğınları zamanı minlərlə azərbaycanlını qəddarlıqla öldürən erməni vandallarının bununla kifayətlənməyərək bir çox tarixi bina və abidələri, ziyarətgahları yerlə yeksan etdiklərini, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtdıqlarını bildirib.  
ADNSU-nun Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev çıxış edərək, ermənilərin Azərbaycan xalqına qarşı yüzilliklər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi barədə məlumat verib, törətdikləri vəhşiliklər barədə danışıb.
31 mart soyqırımının Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcəyini deyən ADNSU-nun Tələbə Gənclət Təşkilatının (TGT) sədri Rüfət Rüstəmov bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.


Tarix: 31-03-2022, 23:50

Xəbəri paylaş