Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə “31 mart azərbaycanlıların soyqırımı” ilə bağlı tədbir keçirildi




30 mart 2022–ci il tarixində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollec və YAP Lənkəran rayon təşkilatı 31 mart azərbaycanlıların soyqırımının 104–cü ildönümünə həsr olunmuş “Azərbaycanlıların soyqırımı günü” adlı birgə tədbir keçirdi. Kollecin akt zalında baş tutan tədbiri giriş sözü ilə direktor Ruslan Həmidov açdı. İlk əvvəl Mart soyqrımında, 2016–cı ilin Aprel döyüşlərində, I və II Qarabağ müharibəsində şəhid olan igidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Direktor çıxışında bildirdi ki, bu soyqırımın 104–cü ildönümü ilə əlaqədar Kollecdə tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Plana əsasən kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət rəsm sərgisi təşkil edilmiş, kitabxanada xüsusi guşə yaradılmışdır. Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində 31 mart azərbaycanlıların soyqırımı”na həsr edilmiş xüsusi nömrələr buraxılmışdır. 31 mart tarixində keçirilən ilk dərslər “31 mart azərbaycanlıların soyqırımı”  həsr olunacaqdır. 1998–ci il martın 26–da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31–nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsini, həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən təsdiq edilən 30 mart 1999–cu il tarixli tədbirlər planının əhəmiyyətindən söz açmışdır: “Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Adıçəkilən Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918–ci ilin mart–aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir”. 31 mart 2022–ci il tarixində Lənkəran şəhərində “31 mart azərbaycanlıların soyqırımı” faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi Kollecin əməkdaşları tərəfindən ziyarət olunacaqdır. Soyqırım nəticəsində 1918–ci il qırğınlarında qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. Həmin dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdular. Sonra məruzə üçün söz Kollecin “Tarix və ictimai elmlər” fbk–nın müəllimi Aytən Kərimovaya verildi. Məruzəçi bildirdi ki, Ulu Öndər Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. Bu gün Azərbaycanın şanlı Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmaqla bütün şəhidlərimizin, o cümlədən 1918–ci ilin mart–aprel qətliamının günahsız qurbanlarının qanını düşməndən döyüş meydanında almışdır. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmamalıdır. Daha sonra “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının II kurs tələbəsi, Rəhimə Rzazadə çıxışında soyqırım həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib və gəncləri vətənpərvər olmağa səsləyib. 1918–ci ilin mart–aprel soyqırımları təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda ölkə ərazisində yaşayan digər millət və xalqlara qarşı həyata keçirilməklə, özünün amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biri kimi dəyərləndirilməlidir və Azərbaycan dövləti bütün zəruri addımları atdığını qeyd edib. Tədbirin sonunda Kollecin “Kitabxana informasiya təminatı” ixtisasının II kurs tələbəsi, TGT üzvü Ləman Quliyevanın hazırladığı “31 mart azərbaycanlıların soyqırımı–104” adlı videoçarx nümayiş olundu. Keçirilən tədbirdə YAP Lənkəran rayon təşkilatının məsləhətçisi Böyükağa Axundov, 2 saylı ərazi partiya təşkilatının sədri Ramin Hüccətov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə əməkdaşı Emin Həmidli, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Teymur Babazadə, Kollecin müəllim və tələbələri iştirak edirdilər.                                        
                      
                                                                                  Cəmil Quliyev
                                            Kollecin “Tarix ictimai elmlər”FBK–nın müəllimi


Tarix: 30-03-2022, 20:00

Xəbəri paylaş