Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU alimləri beynəlxalq qrant müsabiqəsində qalib gəliblər


 
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən elan edilmiş 3-cü layihə müsabiqəsinin qalibi olublar.  
 
Layihə müsabiqəsi çərçivəsində Azərbaycan və Türkiyənin elm, təhsil və səhiyyə müəssisələrinin alim və mütəxəssisləri tərəfindən təqdim edilmiş və ilkin ekspertizadan uğurla keçmiş 48 layihə üzrə elmi ekspertiza aparılıb.  
 
Hər bir layihə həm AMEA, həm də TÜBİTAK tərəfindən 2 rəyçiyə göndərilib və ümumilikdə 4 müstəqil ekspert tərəfindən qiymətləndirilib. Ekspertizanın nəticələrinə əsasən, AMEA-dan 2, BDU-dan isə 1 layihə yüksək nəticələrlə qalib seçilib. BDU-nun Kimya fakültəsinin əməkdaşları - layihə rəhbəri professor İbrahim Məmmədov, professor Xəmməd Əsədov və dosent Farid Nağıyevin təqdim etdiyi “Çoxəvəzli heterotsiklik karkasların yaradılmasında üzvi kataliz” layihəsi qalib olub. 
 
Layihə çərçivəsində tibbi əhəmiyyət daşıyan çoxəvəzli karkas quruluşlu heterotsiklik birləşmələrin üzvi kataliz iştirakında sintezi, reaksiya mexanizmlərinin Nüvə Maqnit Rezonansı, Rentgen Quruluş Analizi metodları ilə öyrəniləcək, eləcə də maddələrin tətbiq imkanları araşdırılacaq. Proses zamanı alınan enantiomer qarışıqların üzvi kataliz iştirakında selektiv sintezi həyata keçiriləcək. Layihə BDU ilə Türkiyənin nüfuzlu Bilkənt Universitetinin alimlərinin iştirakı ilə birgə yerinə yetiriləcək. Araşdırmalardan alınan nəticələrin dünyanın nüfuzlu impakt faktorlu jurnallarında çapı və beynəlxalq konfranslarda təqdimatı nəzərdə tutulub.


Tarix: 5-03-2022, 23:49

Xəbəri paylaş