Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib







Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, o cümlədən xanım əməkdaşları iştirak edib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı alilələrimizdə, həmçinin cəmiyyətimizdə qadınların əvəzsiz rolundan danışıb və qeyd edib ki, Azərbaycan xanımı, Ana bizim üçün həmişə müqəddəs olub. Ölkəmizdə istər təhsil sahəsində, istərsə də digər istiqamətlərdə çalışan xanımların kifayət qədər olduğunu deyən rektor, professor Mustafa Babanlı ADNSU-nun uğur qazanmasında və yeni-yeni nailiyyətlər əldə etməsində xanım əməkdaşların rolunun kifayət qədər böyük olduğunu diqqətə çatdırıb. 
Xanımların fədakarlığından danışan rektor, professor Mustafa Babanlı universitetin bütün xanım əməkdaşlarını, o cümlədən Azərbaycan xanımlarını təbrik edərək onlara xoşbəxtlik, iş və şəxsi həyatlarında uğurlar arzu edib.


Tarix: 5-03-2022, 23:44

Xəbəri paylaş