Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun əməkdaşlarına Geoloji kəşfiyyat fakültəsinin ixtisasları üzrə sertifikatlar verilib








Fevralın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) NetCad şirkəti və universitetin nəzdində fəaliyyət göstərən “Neftin qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu arasında üçtərəfli görüş keçirilib.
Görüşdə ADNSU nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının müdiri Zərifə Əfəndiyeva, NetCad nümayəndələri Hacıyev Orxan, Gökhan İlçe, Tuğberk Küçük və bu proqramın öyrənilməsi cəlb edilmiş 12 nəfərlik heyət iştirak ediblər.
Tədbirdə çıxış edən rektor, professor M.Babanlı birgə həyata keçirilən layihənin  “Mədən mühəndisliyi” və “Geologiya” ixtisasları üzrə kadr hazırlığındakı xüsusi  rolundan danışıb və layihə çərçivəsində laboratoriyaların qurulması, həmçinin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətinə toxunub.
ADNSU ilə əməkdaşlıqdan məmnun olduqlarını deyən NetCad şirkətinin nümayəndələri  gələcək perspektivlərə hesablanmış bütün layihələrdə universitetə dəstək olacaqlarını qeyd ediblər.
Daha sonra GKF-nin ixtisasları üzrə “NetPROMine” proqramının tədris planına salınması və 12 nəfərlik heyətdən sertifikatla təmin olunmuş magistr. doktorant və əməkdaşların bu proqram üzrə tədrisə cəlb olunması məsələsi müzakirə edilib. 
Görüşün sonunda proqramın ilkin mərhələsini başa vuran 12 nəfərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, hazırda layihə çərçivəsində ADNSU-dan 12 nəfərlik heyətə onlayn dərslərin keçirilməsi prosesinə başlanıb. İlk növbədə magistratura tələbələrinə, daha sonra isə III və IV kurs bakalavr tələbələrinə proqramın tədris olunması planlaşdırılır.


Tarix: 16-02-2022, 07:01

Xəbəri paylaş