ADNSU-da təhsilin səviyyəsinin artırılması və qış imtahan sessiyasının nəticələri müzakirə olunub
Fevralın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin kafedra müdirləri və dekanları ilə görüşüb.
Görüşdə ADNSU-da təhsilin səviyyəsinin artırılması və qış imtahan sessiyasının nəticələri ilə bağlı fikr mübadiləsi aparılıb.
Rektor, professor Mustafa Babanlı ADNSU-da qış imtahan sessiyasının təşkili və nəticələrin əsasən qənaətbəxş olduğunu deyib. Qeyd edib ki, Sillabusların keyfiyyəti və materialların yerləşdirilməsi hər semestrin başlanığıcına qədər kafedra müdirləri, tyutorlar, İT departamentinin və kafedraların məsul şəxsləri tərəfindən təmin edilməlidir. Həmçinin, təqdimatların keçirilməsinə nəzarət gücləndirilməlidir. Görüş zamanı qeyd olunub ki, əgər imtahanlar zamanı bir dənə də köçürmə halı qeyd olunubsa, həmin qrupun növbəti sessiya imtahanları yalnız yazılı foramada keçiriləcək. Neqativ hallarla bağlı tədbirlər görülməklə yanaşı, bu halı yaradan səbəblər araşdırılmalı və həll olunmalıdır.
Görüş zamanı rektor, professor Mustafa Babanlı elmi fəalliyyətlə bağlı məsələlərə də toxunub. Bildirib ki, magistrların elmi səviyyəsinin yüksəldilməsi məqsədi ilə mövcud seminarlarla yanaşı, hibrid formada və kafedralararası seminarlar da təşkil olunmalıdır. Həmçinin, dissertasiya üzrə təqdim olunan tezis və məqalələrin ciddi ekspertizası aparılmalıdır. Professor M.Babanlı bu və ya digər məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlərlə bağlı tapşırıqlar verib.
03/02/2022
Tarix: 2-02-2022, 17:00