ADNSU-nun rektoru universitetin tyutorları ilə görüş keçirib
Fevralın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin dekanları və tyutorları ilə görüş keçirib.
Tyutorluğun universitet üçün çevik idarəetmə sistemi olduğunu deyən rektor, professor Mustafa Babanlı qeyd edib ki, onların əsas vəzifələrindən biri tələbələrin universitetdə yol xəritəsinə ən yaxşı dəstəkçisi olmasıdır.
Rektor, professor Mustafa Babanlı xüsusi olaraq diqqətə çatdırıb ki, tyutorlar təkcə bakalavr yox, magistr təhsilli olmalı və fakültələrdə öz ixtisaslarına uyğun grupların tyutorları vəzifəsində çalışmalıdırlar.
Tyutorluğun universitetlə tələbə arasında körpü rolunu oynadığını və son dərəcə məsuliyyətli bir fəaliyyət sahəsi olduğunu qeyd edən rektor, professor Mustafa Babanlı tyutorlar üçün sertifikatlı təlimlərin təşkil olunmasından da danışıb və konkret olaraq “tyutor təlimatının” tərtib olunacağını deyib. Bu istiqamətdə işlərin daha da təkmilləşdirilməsini vurğulayan rektor, professor M.Babanlı sonda ayrı-ayrı fakültədən olan tyutorların suallarını cavablandırıb, onların üzərinə düşən vəzifələr və öhdəliklər haqqında ətraflı məlumat verib.
Tarix: 3-02-2022, 15:00