Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Teknofest Azərbaycan” festivalının mətbuat konfransı keçirilib






Fevralın 7-də “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar iştirak edib. 

Konfransda media nümayəndələrinin diqqətinə çatdırılıb ki, 26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı Bulvar ərazisində keçiriləcək festival çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək.

Müsabiqələrə qoşulmaq üçün “teknofest.az” saytı üzərindən qeydiyyatdan keçmək lazımdır. Hər kateqoriya üzrə 1-ci, 2-ci və 3-cü yerin sahibləri üçün diplom və pul mükafatları nəzərdə tutulub. 

Qeyd edək ki, “Teknofest Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Təhsil Nazirliyinin və Təhsil İnstitutunun (ARTİ) dəstəyi ilə "STEAM Azərbaycan" layihəsi tərəfindən təşkil olunur. “Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Sözügedən yarışmada 3D modelləşdirmə və çap sahəsində marağı və biliyi olan bütün tələbələr iştirak edə bilər. “Baku Skills” (3D modelləşmə, 3D çap) kateqoriyası üzrə yarışmada iştirak hüququ qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.


Tarix: 7-02-2022, 19:00

Xəbəri paylaş