Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UNEC: Diferensial əməkhaqqı sisteminin nəticələri açıqlanıb





Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) diferensial əməkhaqqı sisteminin 2020-2021-ci tədris ili üzrə nəticələri ilə bağlı canlı yayım təşkil olunub.
UNEC rektorunun müşaviri dosent Elşən Bağırzadə diferensial əməkhaqqı sistemi barədə danışıb. Qeyd edib ki, sistem UNEC-də 2015-ci ildən tətbiq olunur. Sistemin tətbiqində əsas məqsəd UNEC-in professor-müəllim heyətinin xidməti fəaliyyətini obyektiv meyarlar əsasında qiymətləndirməkdir. Heyətin əməkhaqlarını diferensiallaşdırmaqla onların elmi-pedaqoji fəaliyyətini universitetin inkişaf hədəfləri istiqamətində stimullaşdırmaqdır. Pedaqoji heyətin xidməti fəaliyyəti elm və tədris istiqamətləri üzrə qiymətləndirilir. Sistemin tətbiqi nəticəsində UNEC tərəfindən beynəlxalq jurnallarda dərc olunan məqalələrin sayı artıb.
Canlı yayımda E.Bağırzadə reytinq cədvəli barədə professor-müəllim heyətini məlumatlandırıb. Sonda suallar cavablandırılıb. Canlı yayım UNEC-in rəsmi feysbuk səhifəsi üzərindən aparılıb.


Tarix: 23-09-2021, 16:17

Xəbəri paylaş