ADNSU-da “Erasmus+ KA2” proqramı çərçivəsində işgüzar görüş keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “WORK4ACE” layihəsi əsasında ilk işgüzar görüş keçirilib. Görüşdə yerli layihə üzvləri – Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, həmçinin Erasmus Azərbaycan Ofisinin rəhbərliyi iştirak edib. Görüşdə layihənin strukturu, iştirakçıların öhdəlik və vəzifələri, görüləcək işlərin planı və layihə çərçivəsində yeni modul proqramının yaradılması istiqamətində müzakirələr aparılıb. İştirakçılar iclasın sonunda iş bölgüsünü aparıb və gələcək görüşlər haqqında razılığa gəliblər.
Tarix: 13-09-2021, 22:54
Xəbəri paylaş