Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da III Beynəlxalq Elmi-Praktiki Seminar keçirilib




Mayın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi kafedrasının və Fransanın Franche-Comte Universitetinin təşkilatçılığı ilə biotibbi mühəndislik üzrə “Müasir tibbi diaqnostika cihazları və aparatları” mövzusunda III Beynəlxalq Elmi-Praktiki Seminar keçirilib.
Onlayn formatda keçirilən seminarda Türkiyə, Polşa, Makedoniya, Fransa və Estoniyadan nümayəndələr və məruzəçilər iştirak edib.
Seminarı giriş sözü ilə açan kafedranın müdiri, texnika elmləri doktoru Lalə Bəkirova iştirakçıları salamlayaraq, ADNSU-nun 100 illiyi münasibəti ilə keçirilmiş MMSC I-II Beynəlxalq Elmi-Praktiki Konfransların və seminarların tədris üçün əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Seminarda “Radiologiyanın fiziki əsasları, rentgen aparatların növləri, “Müasir rentgen borusunun quruluşu” mövzusunda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri həkim Aydın Əliyev çıxış edib. A.Əliyev həmçinin rentgen borusunun quruluşu və iş prinsipi, aparatın parametrləri, o cümlədən insan orqanizminə təsiri və görüntülərin alınması, bu görüntülərin analizi barədə sualları cavablandırıb. Seminarda Bioloji təbabət klinikasının baş həkimi, terapevt-osteoapat Quliyeva Gülnar “İnteqrativ tibb” mövzusunda çıxış edib. AzəriMed Qapalı Səhimdar Cəmiyyəti, texniki servis şöbəsinin baş mühəndisi Rüfət Sadıqov ürək və ağciyər maşınlarına həsr olunmuş məruzə ilə çıxış edib. Cihaz mühəndisliyi kafedrasının məzunu və magistri, ARASH Medical Company-nin əlaqələr üzrə meneceri Rəvan Qəmbərovun “Suni tənəffüs aparatnın eksperimentləri və qurasdırılması” mövzusunda çıxışı da seminar iştirakçılarının marağına səbəb olub.
Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunun mühəndis biomexaniki Mikail Hüseynzadə və aparıcı idman həkimi Nailə Babayeva məruzə ilə çıxış ediblər. Daha sonra digər seminar iştirakçılarının məruzələri dinlənilib və suallar cavablandırılıb
Yekunda L.Bəkirova dövlətimizin və universitetimizin elmə və yeniliklərə, həmçinin digər elmi müəssisələrlə əməkdaşlığa yüksək qiymət verdiyini vurğulayıb və iştirakçılara təşəkkür edib.


Tarix: 1-06-2021, 19:03

Xəbəri paylaş