GDU-da Elmi Şuranın növbəti iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq əvvəlcə ali təhsil müəssisəsində pandemiya ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışmışdır. Diqqətə çatdırmışdır ki, bütüb dünyanı cənginə almış COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri Gəncə Dövlət Universitetində də uğurla davam etdirilir. Universitetdə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın tələb və tövsiyyələri sözsüz yerinə yetirilməklə karantin rejiminin tələblərinə ciddi riayət olunur. Bu kəskin yoluxucu xəstəliyə qarşı aparılan vaksinasıyada iştirak edən universitet kollektivi hazırda bu prosesdə nümunə göstərirlər. Lakin bəzən bu istiqamətdə həyata keçirilən tədbirlərdə kollektiv üzvləri biganəlik göstərirlər. Xüsusilə vaksinasiyada iştirakın vacibliyini diqqətə çatdıran universitet rektoru bu sahədə qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar vermişdir.
Sonra universitetin rektoru, professor Yusif Yusibov onlayn qaydada keçirilən Elmi Şurada iştirakçıları müzakirə olunacaq məsələlərlə tanış etmişdir. Birinci məsələ-yaz (yay) imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı universitetin Tədrisin Təşkili və Təlim Texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun hesabatı dinlənilmişdir. Fəxrəddin Məmmədov yaz (yay) imtahanlarına hazırlığın vəziyyəti və bu istiqamətdə qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini səsləndirmişdir.
İkinci məsələ-Universitetin akkreditasiyası ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaratdığı Akkreditasiya Komissiyasının yekun hesabatı haqqında və nöqsanların aradan qaldırılması üçün tədbirlər planı barədə universitetin Tədris Departamentinin direktoru Elturan Yusifovun məlumatı dinlənilərək müzakirə olunmuşdur. Müzakirələrdə iştirak edənlər Gəncə Dövlət Universitetinin 67 balla akkreditasiyadan keçməsini əyalət universiteti üçün yüksək göstərici olduğunu diqqətə çatdırmış və bunu təhsil ocağında həyata keçirilən məqsədyönlü tədbirlərin müsbət nəticəsi kimi qiymətləndirmişlər.
Universitetin rektoru, professor Yusif Yusibov müzakirə olunan hər iki məsələ ilə bağlı fikirlərini səsləndirmiş və tövsiyyələrini vermişdir.
Bununla Elmi Şura öz işini başa çatdırmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
Tarix: 27-05-2021, 16:11