Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU ÇXR-də yaradılan Alyansın həmtəsisçisi olub






Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "Sənaye müəssisələrinin, universitetlərin, elm, texnologiya və enerji təhsil sahəsində, İpək yolu tədqiqat təşkilatları Alyansı"nın həmtəsisçisi olub. Mayın 12-də Çin Xalq Respublikasının Şensi əyalətinin Sian şəhərində 5-ci Beynəlxalq İpək Yolu Sərgisi çərçivəsində Sian Neft Universitetinin təşəbbüsü ilə Alyansın təsis konfransı keçirilib, ADNSU-nu bu tədbirdə Çindəki rəsmi nümayəndəsi f.d. (PhD) Li Renying universiteti təmsil edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının adına bir qədər əvvəl yeni təşkilatın həmtəsisçisi olmaq və konfransda iştirak üçün müvafiq dəvət məktubu göndərilmişdi. Məktubda həmçinin,  dünyanın bir çox ölkəsi üçün yüksək ixtisaslı kadrların hazırlanmasında, qabaqcıl texnologiyaların inkişaf etdirilməsində və mühüm texniki həllərin həyata keçirilməsində dünyanın ən qədim neft və qaz profilli ali təhsil müəssisəsi kimi ADNSU-nun xüsusi rolu qeyd edilmişdir.
İmzalanma mərasimində və “Bir kəmər, bir yol” Enerji Proqramı ”adlı dəyirmi masada 50-dən çox müvafiq dövlət idarələrinin, təşkilat və təhsil müəssisələrinin nümayəndələri iştirak edib. ADNSU ilə yanaşı, Sian Neft Universiteti (Prezident - professor Li Tiantai) və Çinin Şimal-Şərq Neft Universiteti (Prezident - professor Jiang Minghu) yeni təşkilatın həmtəsisçiləri müəyyən ediliblər.
Onu da qeyd edək ki, konfransın keçiriləcəyi yerin seçilməsi təsadüfi deyildi: qədim Sian şəhəri Çinin mühüm bir siyasi-mədəni mərkəzi və İpək Yolunun başlanğıc nöqtəsidir.
Alyansın yaradılmasında elmin, texnologiya və enerji təhsilinin inteqrasiyasına gələcək əməkdaşlıq və mübadilə üçün Çin  və “Bir kəmər, bir yol” proqramına qatılan ölkələr arasında platforma olacaq.


Tarix: 24-05-2021, 19:55

Xəbəri paylaş