UTECA işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi işlərinə dəstək göstərmək niyyətindədir
Azərbaycan Texnologiya Universiteti işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi işlərinə dəstək göstərmək niyyətindədir. Bu çərçivədə universitet Minatəmizləmə Agentliyi ilə əməkdaşlığa başlayıb.
İlk görüş bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin Göygöl Regional Təlim Mərkəzində baş tutub. UTECA nümayəndələrini işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənmə mexanizmi, istifadə olunan qurğular və onların iş prinsipi, ehtiyat hissələri, gedişat və tələbat kimi mövcud vəziyyətlə bağlı ANAMA-nın təlim və keyfiyyətə təminat söbəsinin baş mütəxəssisi Musa Məmmədov məlumatlandırıb.
Universitet əməkdaşlarının ANAMA-nın fəaliyyətilə yaxından tanış olmalarında məqsəd ərazilərimizin minalardan təmizlənməsi işlərinə elmi töhfə vermək, prosesin iqtisadi cəhətdən səmərəliliyini nisbətən təmin etməkdir.
Tarix: 14-05-2021, 19:11