Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev: 57 minədək müəllim ən azı vaksinin bir dozasını vurdurub




Bu günə qədər ölkədə 57 minə yaxın müəllim ən azı vaksinin bir dozasını vurdurub. Bu da o deməkdir ki, ölkə üzrə müəllimlərin 60-64 faizi peyvənd olunub.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev mayın 8-də feysbuk üzərindən canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, 50 yaşdan yuxarı hər üç müəllimdən ikisi artıq vaksinasiyadan keçib. 40 yaşdan yuxarı 28 min 500 heyət peyvənd etdirib. Hazırda 120 minə qədər təhsil işçisi vaksinasiyadan keçib. Sentyabr ayına qədər 80-90 faiz müəllim vaksinasiyadan keçərsə, əyani tədrisin tam bərpa olunması da bir o qədər reallığa yaxın olar


Tarix: 8-05-2021, 22:44

Xəbəri paylaş