Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da “Ermənistan işğalından azad olunmuş Azərbyacan ərazilərinin çoxşaxəli iqtisadi potensialı” mövzusunda infosessiya keçirilib



Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ermənistan işğalından azad olunmuş Azərbyacan ərazilərinin çoxşaxəli iqtisadi potensialı” mövzusunda infosessiya keçirilib.
Açılış nitqi ilə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev işğaldan azad olunmuş ərazilərimizin ekoloji və iqtisadi inkişafının əsas aspektlərindən danışıb və bu sahənin hazırda prioritet məsələ olduğunu bildirib.
ADNSU-nun professoru, tarix elmləri doktoru Camal Mustafayev Azərbaycanın tarixi qələbəsinin əhəmiyyətindan  və qələbəni şərtləndirən amillərdən danışaraq. tarixi hadisələrə təkrar nəzər salıb. C.Mustafayev  müharibə bitsə də bizim qarşımızda böyük bir quruculuq işlərinin dayandığını deyib.   
Qarabağı XXI əsrin Xirosima və Naqasakisi adlandıran iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Zaur Əsədov işğaldan azad olunmuş ərazilərdə talan edilən təbii ehtiyatların və resursların iqtisadi qiymətləndirilməsinin aparıldığını bildirib. Bu ərazilərdə infrastrukturun yenidən qurulması üçün 2.2 milyarddan çox vəsaitin nəzərdə tulutulduğunu diqqətə çatdıran Z.Əsədov ərazilərin bərpa olunması yönündə işlərin tam sürətlə aparıldığını deyib.
Daha sonra ADNSU-nun dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru İlham Rüstəmov, dosent Elbrus Əhmədov, texnika elmləri namizədi Zərifə Əfəndiyeva işğaldan azad olunmuş ərazilərin iqtisadi və energetik potensialı, həmçinin mümkün iqtisadi imkanlarından danışıblar. Bu ərazilərdə ağıllı kənd təsərüffatının yaradılmasının əhəmiyyəti, sakinlərin geri qaytarilması, termal suların bərpası, eko turizmin yaranması  və biznesin qurulması haqqında geniş fikir mübadiləsi aparılıb. Həmçinin 100-dən çox faydalı qazıntı yataqlarının bərpası və yenidən öyrənilməsi və inkişafı  üçün bu ərazilərdə energetiklərin də üzərinə məsuliyyət vəzifə düşdüyü deyilib.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Tarix: 20-04-2021, 23:59

Xəbəri paylaş