ADNSU ilə AMEA İdarəetmə Sistemləri İnstitutu arasında müqavilə imzalanıb
İkitərəfli əməkdaşlıq əlaqələrindən bəhs olunan tədbir zamanı ADNSU-da HPC Mərkəzinin (High Performance Computing) imkanlarından, elmin inkişafındakı rolundan bəhs olunub. Qərara alınıb ki, iri hesablamalar zamanı AMEA İdarəetmə Sistemləri İnstitutu HPC Mərkəzinin imkanlarından istifadə edə bilər. Sonra bu istiqamətdə əməkdaşlıq etmək üçün institut ilə universitet arasında müqavilə imzalanıb. Sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı və AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov imzalayıblar.
Tarix: 9-03-2021, 15:52
Xəbəri paylaş