Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da doktoranturaya qəbul imtahanı yüksək səviyyədə keçirilib





Martın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanı keçirilib. İmtahanda ADNSU ilə birlikdə 3 ali təhsil müəssisəsindən (Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti) qeydə alınmış 69 namizəddən 67 nəfər iştirak edib. Onlardan 4 nəfər qeyri-məqbul alıb, digərləri isə imtahanı uğurla veriblər. Nəticələr 7 nəfərdən ibarət olan komissya tərəfindən qiymətləndirilib.
İmtahan zamanı ADNSU-nun rektoru, professor Mustafa Babanlı imtahan keçirilən auditoriyaya gələrək gələcəyin alimlərinə tövsiyyələrini verib, hər birisinə uğurlar arzu edib.
Universitetdə imtahan üçün hər bir şərait yaradılıb. İmtahan koronavirus (COVİD-19) pandemiyası dövrünə təsadüf etdiyindən öncədən qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçirilib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınaraq imtahan prosesi baş tutub. Tibbi maskalardan, dezinfeksiya məhlullarından istifadə edilib və iştirakçılar arasında sosial məsafə gözlənilib.
Qeyd edək ki, fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanı növbəti gün –martın 3-də də keçiriləcək. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq bu dəfə Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universitetində və Bakı Mühəndislik Universitetindən qeydə alınmış və doktoranturaya qəbul imtahanında birinci mərhələdən uğurla keçmiş (Xarici dildən 25-dən yuxarı bal toplayan) 75 namizəd fəlsəfə fənnindən imtahan verəcə


Tarix: 3-03-2021, 14:56

Xəbəri paylaş