Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şəhid olan təhsil işçilərinin ailələri ziyarət edilib


 

Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə nazirliyin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan təhsil işçilərinin ailələrini  ziyarət ediblər.

Nazirliyin əməkdaşları Gəncə, Lənkəran şəhərləri və  Ağstafa, Beyləqan, Gədəbəy, Saatlı, Sabirabad, Tovuz, Cəlilabad, İsmayıllı, Oğuz, Şamaxı, Samux, Ağdam, Kürdəmir rayonlarından olan şəhid təhsil işçilərinin ailələrinə baş çəkib, onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralananlar və onların ailələri hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunur.


Tarix: 30-12-2020, 23:48

Xəbəri paylaş