ADNSU-100: Universitetin 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçiriləcək
ADNSU-da keçiriləcək Beynəlxalq elmi-praktik konfrans informasiya, ölçmə və idarəetmə sistemlərinin müasir texnoloji nailiyyətləri və tətbiqi ilə bağlı geniş mühəndislik sahələrini əhatə edir.
Konfransda yerli universitetlər və təşkilatlarla bərabər, bir sıra ölkələrdən (Fransa, Türkiyə, Almaniya, Kipr, Yamayka, Səudiyyə Ərəbistanı, Ukrayna, Rusiya, Gürcüstan, İraq, Macarstan, Mərakeş, Əlcəzair, Estonia, Meksika və s.) universitetlər və təşkilatlatların əməkdaşlarının iştirakı gözlənilir. Konfransa təqdim olunmuş materiallardan seçilmiş məqalələr (4-8 səhifə) müvafiq araşdırmalardan sonra yerli və beyənəlxalq elmi jurnallarda dərc olunacaq. Müvafiq qaydalara uyğun olaraq seçilmiş elmi məqalələrin beynəlxalq elmi bazalar olan ““Web of science” və "Scopus" kimi bazalarda indeksləşməsi gözlənilir.
Konfrans materialarını [email protected] elektron poçt ünvanına göndərə bilərsiz, həmçinin konfrans haqqında ətraflı məlumatları konfransın rəsmi saytından əldə etmək olar (www.mimcs.org).
Qeyd edək ki, ADNSU-da eyni mövzuya həsr olunmuş birinci konfrans da 01-02 İyul 2019-cu il tarxində bir sıra ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilib. İştirakçıların çıxışları konfrans materiallarında tezislər toplusu və məqalə şəkilində nəşr olunub.
Tarix: 18-08-2020, 01:35
Xəbəri paylaş