Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da Apellyasiya Komissiyası fəaliyyətini uğurla başa vurub

 

 
Dövrümüzün qlobal sağlamlıq böhranına çevrilən koronavirus (COVID-19) pandemiyası ölkəmizdə bir çox sahələr kimi təhsil sisteminə də təsirsiz ötüşmədi. Bu təsirin nəticəsində cari ilin mart ayından başlayaraq ölkədə tətbiq olunan xüsusi karantin rejimi ölkənin ali məktəblərində distant təhsilə keçid prosesini aktuallaşdırdı. Müəllim-tələbə-tədris əlaqələrinin onlayn formatı Azərbaycan təhsili tarixində ilk dəfə 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının məsafədən baş tutmasına əsas verdi. Universitetin Elmi Şurası COVID-19 pandemiyası dönəmində imtahan sessiyasının keçirilmə prosesi ilə bağlı tələbəyönümlü qərarlar qəbul edərək, onlara böyük güzəştlər etdi. Məsafədən keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 15820 (14543-ü əyani, 1153-ü qiyabi, 124-ü əlavə təhsil, 534-ü SABAH qrupları olmaqla) tələbə ümumilikdə 4000-ə yaxın fənn üzrə imtahanda iştirak etdi.
2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və nəticələrindən olan şikayətlərin araşdırılması və obyektiv qiymətləndirmənin, onlayn rejimdə keçirilən imtahanlar zamanı şəffaflığın və obyektivliyin yüksək səviyyədə təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılmış Apellyasiya Komissiyası onlayn fəaliyyət göstərdi. Universitetin bütün fakültələrində keçirilən imtahanların gedişi Apellyasiya Komissiyası tərəfindən izləndi. Sessiya ərzində qərargaha 153 elektron müraciət daxil oldu, onların əksəriyyəti tələbələrin xeyrinə həll edildi. Müraciətlərin 104-ü təbiət, 49-u humanitar fakültələrin payına düşüb.  
İmtahanların onlayn formada keçirilməsinə baxmayaraq, tələbələr və professor-müəllim heyəti arasında tam demokratik şərait yaradılmış, obyektiv qiymətləndirmə aparılmışdır. Appelyasiya Komissiyasının sədri AMEA-nın müxbir üzvü, BDU-nun Botanika kafedrasının müdiri Elşad Qurbanov aparılan maarifləndirmə işləri ilə yanaşı, professor-müəllim heyətinin obyektivliyi nəticəsində imtahan sessiyası müddətində komissiyaya müraciət edən tələbələrin sayının kəskin surətdə azaldığını qeyd etmişdir.  
Universitetin professor-müəllim heyətinin onlayn dərsləri yüksək səviyyədə keçməklə yanaşı, imtahan sessiyasının da öhdəsindən müvəffəqiyyətlə gəlmişdirlər.  
Bu çətin işin təşkilində əməyi olan hər bir əməkdaşa təşəkkür ediri


Tarix: 30-07-2020, 21:30

Xəbəri paylaş