Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

 



Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən Bakı İdarəetmə və Texnologiya, Bakı Qida Sənayesi, Bakı Dövlət Sosial-İqtisadi, Bakı Humanitar, Bakı Dövlət İqtisadiyyat və Humanitar, Sumqayıt Musiqi, Gəncə Dövlət Regional, Lənkəran Dövlət Humanitar, Şəki Dövlət Regional kollecləri yenidən təşkil olunacaq.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxs statusunda yaradılacaq. Eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci və Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kolleci təşkil ediləcək. 


Tarix: 12-07-2020, 16:42

Xəbəri paylaş