ADNSU-100: Magistratura pilləsinə sənəd qəbulu üçün onlayn platforma təqdim olunub
2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistratura təhsili pilləsinə yeni qəbul olmuş tələbələrin sənədlərinin qeydiyyat prosesinin koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində onlayn formada həyata keçirilməsi üçün http://admission.asoiu.edu.az/ saytını istifadəyə verib. ADNSU-nun Magistratura təhsili pilləsinə qəbul olunmuş tələbələr saytdakı müvafiq formanı dolduraraq sənədlərini universitetə təqdim edə bilərlər. Sayt 3 dildə – Azərbaycan, ingilis və rus dillərindədir.
Qeydiyyat prosesi 6 iyul saat 10:00-dan başlanır və 15 iyul saat 17:00-dək davam edəcək.
Onlayn sənəd qəbulu ilə bağlı maraqlandıran sualların cavablandırılmasını, mümkün problem və anlaşılmazlıqların dərhal aradan qaldırılması üçün aşağıdakı “qaynar xətt” nömrələri ilə əlaqə saxlamaq olar.
Ümumi ADNSU üzrə - (070) 493 45 57 (ümumi ADNSU üzrə)
Magistratura iş - 012-598-52-47; mob. 070-598-52-47
GKF iş-012-493-44-61; mob. 070-493-44-61
QNMF iş-012-498-88-46; mob. 070-498-88-46
KTF iş-012-498-65-98; mob. 070-498-65-98
NMF iş-012-498-80-95; mob. 070-498-80-95
EF iş-012-498-65-32; mob. 070-498-65-32
ITIF iş-012-598-45-31; mob. 070-598-45-31
IMF iş-012-598-43-08; mob. 070-598-43-08
ƏT iş-012-598-43-10; mob. 070-498-43-10
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən cari tədris ilində magistraturaya müsabiqə şərtlərini ödəyən proqram və ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 (Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689) nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
ADNSU-nun magistratura səviyyəsi üzrə qəbul planında yüksək göstəricilər qeydə alınıb və statistik nəticələrə əsasən qəbul planı 94,96 faiz dolub. Onu da qeyd edək ki, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində magistraturaya qəbul 100% təşkil edir, 80 plan yerinə 80 tələbə qəbul olunub.
Tarix: 7-07-2020, 21:27
Xəbəri paylaş