Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-100: “Universitetlər və kompaniyalar: tərəfdaşlıqda çətinliklər və perspektivlər” adlı virtual beynəlxalq konfrans keçirilib

 



İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Xəzər Universitetinin təşkilatçılığı ilə UniLab layihəsi (610245-EPP-1-2019-1-BE-EPPKA2-CBHE-JP) çərçivəsində “Universitetlər və kompaniyalar: tərəfdaşlıqda çətinliklər və perspektivlər” adlı virtual beynəlxalq konfrans keçirilib.
Xəzər Universitetinin Təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı konfransı açaraq universitetlər və kompaniyaların əmakdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb. Açılış hissədən və iki plenar sessiyadan ibarət olan onlayn konfransın birinci bölməsində Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Milli Erasmus + Ofisinin rəhbəri Pərviz Bağırov, Azərbaycan Respublikası Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi Şöbəsinin müdir müavini Vüsal Musayev iştirak ediblər.
Dünyada, o cümlədən Azərbaycanda koronavirus (COVİD-19) epidemiyasının yayılmasına qarşı aparılan tədbirlər planına uyğun olaraq onlayn formatda keçirilən konfransda universitetlər, onların qarşılıqlı elmi əlaqələri, çətinliklər və perspektivlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Müxtəlif ölkələrdən və Azərbaycandan spikerlərin (dinləyiçilər) fəal iştirakı konfransı daha da məhsuldar edib. Konfransa həmçinin, SOCAR, “Azərişıq” ASC, "AzerGold" QSC, Data SoCool. “Bakı Abadlıq” MMC, VTB bank, Xəzər Universiteti eLink Tədqiqat və İnkişaf Mərkəzindən, “Turan Drilling &Engineering” şirkətindən spikerlər qatılıblar.
Qeyd edək ki, ADNSU-nun da tərəfdaş olduğu UniLab layihəsində Pompeu Fabra Universiteti (İspaniya), Lille Universiteti (Fransa), Krems Universiteti (Avstriya), Qomel Dövlət Universiteti, Mogilyov Dövlət Universiteti (Belarus), Orenburq Dövlət Universiteti, Sibir Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, Almeteyvsk Neft Universitetinin (Rusiya) nümayəndələri iştirak edirlər.


Tarix: 1-07-2020, 21:30

Xəbəri paylaş