Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun Elmi Şurasının onlayn formatda iclası keçirilib

 

İyunun 17-də Azərbaycan Dövlət Neft və Sənaye Univeritetinin (ADNSU) Elmi Şurasının onlayn formatda növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Elmi Şura üzvlərini salamlayaraq iclasın gündəliyi haqqında məlumat verib və bildirib ki, gündəlikdə 5 əsas müəsələ və 4 bənddən ibarət müxtəlif məsələlər var.
Gündəliyə uyğun olaraq professor Mustafa Babanlı dünyada koronavirus epidemyasının yayılmasının qarısının alınması istiqamətində görülən tədbirləri, virusa yoluxanların sayının artan və ya azalan xətt üzrə hər gün dəyişdiyini xatırladıb. Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərdən söz açıb, vaxtında və doğru atılmış addımların sayəsində ölkəmizdə infeksiyaya yoluxma hallarının təhlükəli həddə çatmadığını, vəziyyətin daim nəzarət altında olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ADNSU-da tədris Nazirlər Kabinetinin qərarına uyğun olaraq onlayn təşkil olunub, semestr imtahanları və digər tədbirlər də onlayn formatda həyatda keçirilir, universitetdə təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl olunur.
İclasda ADNSU-nun Doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşova məruzə ilə çıxış edərək 2019-cu ildə elmlər doktoru proqramı üzrə qəbul olmuş doktorantların və təhkim olunmuş dissertantların dissertasiya işlərinin mövzuları haqqında məlumat verib. 7 dissertasiya mövzusunun hər biri Elmi Şuraya təqdim olunduqdan sonra professor M.Babanlı dissertasiyalarla bağlı irad və təkliflərini bildirib, elmi işlərin “Web of science” platformasına dərcinin vacibliyini vurğulayıb.
Elmi Şuranın iclasında rektor Mustafa Babanlı gündəliyə uyğun olaraq hazırda universitetdə davam edən imtahan prosesi haqqında danışıb. O, 8 imtahan günü əzrində universitetin ciddi iş rejimində çalışdığını, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin şəffaf şəkildə aparıldığını bildirib. Onlayn formatda keçirilən imtahanların demək olar ki, hamısını müşahidə etdiyini deyən rektor M.Babanlı mövcud vəziyyətlə bağlı tələbələrə güzəştlərin olunduğunu, qiymətləndirmənin hər bir tələbənin elmi biliyi, dərsə münasibəti, çalışqanlığı əsasında aparılmasının vacibliyini söyləyib. Rektor qeyd edib ki, imtahandan keçməyən, kəsiri qalan tələbələr avqust ayında təşkil olunacaq icmal mühazirələrdə iştirak edəcək və sentyabrda ödənişsiz təkrar imtahan verəcəklər.  İclasda Elmi Şura iştirakçılarının diqqətinə çatdrılıb ki, 96,81 faiz tələbənin imtahanda iştirakı təmin olunub. İmtahanda iştirak edib kəsiri olan tələbələr isə cəmi 0,6 faiz təşkil edir. Bu da mövcud şərait nəzərə alınaraq yüksək qiymətləndirilib.
Sonra Elmi Şuranın iclasında gündəlikdə duran digər məsələlər müzakirə olunub. Rektor, professor Mustafa Babanlı hər bir məsələni ayrı-ayrılıqda müzakirəyə çıxardıqdan sonra şura üzvlərinin təkliflərini dinləyib. Sonda cari məsələlər və görüləcək işlərlə bağlı konkret tapşırıqlar verib.


Tarix: 19-06-2020, 21:50

Xəbəri paylaş