Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan məktəblilərindən növbəti uğur


Bu günlərdə riyaziyyat və fizika fənləri üzrə onlayn keçirilən beynəlxalq olimpiadalarda Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar.

Belə ki, 38 ölkədən 337 şagirdin qatıldığı Asiya Pasifik Riyaziyyat Olimpiadasında (APMO) Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdi Abbas Məmmədov gümüş, eyni liseyin şagirdi Murad Ağazadə bürünc, Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin şagirdi Vüqar Quliyev bürünc medal əldə ediblər. 

Fizika fənni üzrə Rusiyanın təşkilatçılığı ilə keçirilən və 450-dən artıq şagirdin iştirak etdiyi onlayn olimpiadada isə (OPHO) Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Ayhan Süleymanzadə gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdi Tamerlan Ağayev gümüş, Sumqayıt şəhəri  Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdləri  Murad Bəşirov və Sirac Yəhyazdə isə bürünc medal qazanıblar. 


Tarix: 13-06-2020, 13:46

Xəbəri paylaş