Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da diplomatiya üzrə kadr hazırlığı yüksək qiymətləndirilib

 

Beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert, siyasi analitik və araşdırmaçı jurnalist Peter Tasenin dünya mediasında “Xalq diplomatiyasının inkişafı: Azərbaycan nümunəsi” adlı elmi məqaləsi çap edilib. Tanınmış politoloq Peter Tase Ermənistanın Azərbaycan Respublikasına təcavüzü və Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üzrə mühüm tədqiqatların müəllifidir. Məqalədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu multikulturalizm siyasətinin yeni tarixi şəraitdə inkişaf etdirilərək, onun ölkənin daxili və xarici siyasətinin mühüm amili  kimi təqdim olunması istiqamətində görülən işlərdən bəhs edilib.
Eyni zamanda məqalədə xarici siyasətin ayrılmaz tərkib hissəsi olan diplomatiya və mədəni diplomatiya üzrə peşəkar kadr hazırlığında Bakı Dövlət Universitetinin rolu xüsusi vurğulanıb.
4 ölkədə yayınlanmış məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
 
Paraqvay
https://independiente.com.py/la-evolucion-de-la-diplomacia-publica-el-caso-de-azerbaiyan/
İspaniya
http://www.diariosigloxxi.com/texto-diario/mostrar/1946135/evolucion-diplomacia-publica-caso-azerbaiyan
Amerika Birləşmiş Ştatları
https://eurasiahoy.com/02052020-la-evolucion-de-la-diplomacia-publica-el-caso-de-azerbaiyan/
Venesulea
https://www.analitica.com/opinion/la-evolucion-de-la-diplomacia-publica-el-caso-de-azerbaiyan/


Tarix: 18-05-2020, 20:18

Xəbəri paylaş