Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da onlayn Məzun-Karyera Sərgisi keçiriləcək

 

İyunun 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  onlayn formatda Məzun-Karyera Sərgisi keçiriləcək. Artıq bir sıra dövlət qurumları və şirkətlər sərgidə iştirak edəcəklərini təsdiqləyiblər.  
Məzun-Karyera Sərgisinin onlayn platforması üzərində iş tamamlanmaq üzrədir. İyunun 11-də platformanın təqdimat mərasimi keçirildikdən sonra ADNSU-nun tələbə və məzunları bu platformada şirkətlərin təqdim etdikləri vakant yerlərlə bağlı qeyd olunmuş elektron poçt ünvanına CV-lərini göndərə bilərlər. İyun ayının 25-də onlayn Məzun-Karyera Sərgisinin nəticələri elan olunacaq. Platforma iyunun 25-dən sonra da aktiv olacaq və şirkətlərin vakant iş yerləri ilə bağlı informasiya yenilənəcək.  
ADNSU-da Məzun-Karyera Sərgiləri 4 ildir ki, ənənəvi olaraq ildə iki dəfə keçirilir. Sonuncu, 2019-cu ilin dekabr ayında keçirilən VII Məzun-Karyera Sərgisində 89 dövlət qurumu və özəl şirkət ADNSU-nun tələbə və məzunlarına 629 vakant iş yeri və 321 təcrübə yeri təklif etmişdilər. 


Tarix: 15-05-2020, 18:29

Xəbəri paylaş