Peşə təhsil müəssisəsində tibbi maska istehsalına başlanılıb
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Save Tekstil” MMC ilə birgə tibbi maska istehsalına başlayıb.
Maska istehsalı Türkiyə və Çindən gətirilmiş müasir avadanlıqlar vasitəsilə aparılır. İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-ə yaxın Peşə Təhsil Mərkəzinin məzunu cəlb edilib. İstehsal prosesi artıq ötən həftədən etibarən davam etməkdədir.
Qeyd edək ki, hazırda istehsal imkanı gündəlik 15 000 maskadır. Yaxın günlərdə bu rəqəmin gündəlik 50 000 maskaya çatdırılması planlaşdırılır. Müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldiləcək. Tibbi maskaları 15 may tarixindən etibarən apteklərdən əldə etmək mümkün olacaq.
Tarix: 12-05-2020, 22:01
Xəbəri paylaş