Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Dövlət Universitetinin elan etdiyi “Ulu öndər xatirələrdə” adlı onlayn müsabiqə başa çatıb



 
Bakı Dövlət Universitetinin (BDU) 16 aprel 2020-ci il tarixində elan etdiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ulu öndər xatirələrdə” adlı onlayn müsabiqə başa çatıb. Müsabiqədə Bakı Dövlət Universitetinin 30-dək çox əməkdaşı iştirak edib. Təqdim olunmuş xatirə Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.  
Müsabiqə komissiyasının qərarı ilə:
Birinci yerə - Tarix fakültəsinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Heydər Əliyev irsi və elmin, təhsilin inkişafi”;  
İkinci yerə - Sosial elmlər və psixologiya fakültəsinin  Pedaqogika kafedrasının professoru, pedaqoji elmlər doktoru Nübar Muxtarovanın “Mənim həyatımda şərəfli yer tutan - Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev”;  
Üçüncü yerə - Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Aynur Nəsirovanın “Yada düşər xatirələr...” məqaləsi layiq görülüb.
Qalib gəlmiş müəlliflər diplomla təltif ediləcək, məqalələri BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.  
Qalibləri təbrik edirik


Tarix: 10-05-2020, 17:51

Xəbəri paylaş