Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADA Universiteti tələbələrinin təhsili onlayn rejimdə davam edir

 


Koronavirus pandemiyasının ölkəmizdə yaratdığı təhlükədən qorunmaq məqsədilə ADA Universitetinin akademik heyəti tədris ocaqları üçün xüsusi yaradılmış "Blackboard Collaborate" platforması vasitəsilə onlayn tədris metoduna keçib.
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, "Blackboard Collaborate" platforması eyni zamanda 1000-dən çox tələbəyə e-dərslərə qoşulmaq, müəllimlərlə virtual forum və müzakirələr vasitəsilə ünsiyyət qurmaq, dərslə bağlı sualları ünvanlamaq və tapşırıqları onlayn yerinə yetirmək kimi imkanlar təqdim edir. Tapşırıqların qiymətləndirilməsi və davamiyyətin aparılması da bu sistem vasitəsilə həyata keçirilir. Tələbələr akademik cədvələ uyğun olaraq istənilən mobil cihazdan istifadə edərək tədris prosesi və akademik göstəriciləri ilə bağlı yenilikləri izləyə bilirlər.
Tələbələrin dərsləri təkrar izləməsi üçün videomühazirələr yazılır və bulud serverlərdə arxivə yerləşdirilir. Universitetin xarici tələbələri və mübadilə proqramlarından geri dönmüş azərbaycanlı tələbələr də onlayn dərslər vasitəsilə təhsillərini davam etdirirlər.
Universitet rəhbərliyi dərslərin keyfiyyətinin artırılması üçün dərslərə qoşularaq monitorinqi həyata keçirir. "Blackboard Collaborate" platforması dekanlara həftəlik icmal hesabatlar hazırlayır və bu hesabatlar akademik heyətin keçirdiyi mütəmadi videoiclaslar vasitəsilə müzakirə edilir.
"Blackboard Collaborate" platforması artıq iki həftədən çoxdur ki, uğurla sınaqdan keçib, tələbələrin canlı onlayn dərslərə cəlb olunmasını təmin edib.
Qeyd edək ki, ADA Universiteti 2017-ci ildən etibarən dünyanın 1400 universitetinin istifadə etdiyi “Banner” tələbə məlumatı sistemindən və 2018-ci ildən etibarən "Blackboard" tədrisin idarə edilməsi sistemindən istifadə edir. 2019-cu ildə təsis olunmuş ADA Məktəbi də bu elektron platformalardan istifadə edir


Tarix: 5-04-2020, 19:54

Xəbəri paylaş