Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da onlayn tədtrisin əhatə dairəsi 90%-ə çatır




 
Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tədris prosesinin dayandırılması ilə bağlı olaraq martın 29-dan etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) onlayn təhsilə başlanıb və bununla bağlı “qaynar xətt” təşkil olunub.
Bu günə qədər “qaynar xəttə” daxil olan müracətlərin rəsmi statistikasına əsasən “qaynar xətt”ə ilk gündə yüzdən artıq zəng daxil olub. Müraciətlər əsasən onlayn təhsil, internet əlaqə, loqin və parolun istifadəsi ilə bağlı texniki problemlətrlə bağlı olub. Texbiki problemlərin tədricən aradan qaldırılması sayəsində hazıraa “qaynar xəttə” müraciətərin sayında kəskin azalma müşahidə olunur. ADNSU-da “qaynar xətt” hər gün saat 08:30-dan 18:00-dək fəaliyyətini davam etdirir və müraciətçilərin sualları cavablandırlır və problemləri həll olunur.  
ADNSU -nun 2019/2020-ci tədris ilinin yaz semestrin onlayn tədris prosesinin statistikasına  görə isə universitet üzrə bakalavr pilləsində əyani şöbədə 10662 nəfər, qiyabi şöbədə 317 nəfər, magitratura səviyyəsində isə 1328 nəfər tələbə onlayn tədris prosesinə cəlb edilib.
Qeyd edək ki, dərslər mühazirə və məşğələ formatında aparıır (laboratoriya dərsləri mövzulara uyğun olaraq tələbələrin suallarına cavab və diskussiya formatında təşkil olunub). Onlayn tədrisin əhatə dairəsi günlərdən asılı olaraq 82-88% təşkil edir. 


Tarix: 2-04-2020, 21:15

Xəbəri paylaş