Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Vətəndaşlarla iş bölməsinə 16297 müraciət daxil olub

                             

           

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2020-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 16297 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13813 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2484 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 2583 sənəd (861 ərizə, 1722 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox birinci sinfə qəbul, tələbələrin köçürülməsi və digər məsələləri əhatə edib.


Tarix: 2-03-2020, 16:30

Xəbəri paylaş