ADNSU- 100. İsrail- Azərbaycan Təlim Mərkəzinin Məsləhət şurasının ilk iclası keçirilib
Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İsrail- Azərbaycan Təlim Mərkəzinin Məsləhət şurasının ilk iclası keçirilib.
İclasda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti Aleks Kaplun, ADNSU-nun İT Departamentinin direktoru Elnur Səfərli, eləcə də bir çox dövlət və özəl təşkilatların rəhbər şəxsləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor M.Babanlı İsrail- Azərbaycan Təlim Mərkəzinin yaradılmasını şərtləndirən amillərdən danışıb və mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən söz açıb. İT-nın ADNSU-da hər zaman prioritet olduğunu və tələbələrlə yanaşı müəllimlərin də İT biliklərinin artırılmasına dəstək göstərildiyini deyən rektor M.Babanlı universitetin 15 nəfər müəlliminin də mərkəzdəki təlimlərə qatıldığını deyib.
Təlim mərkəzi haqqında iştirakçılara məlumat verən İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti A.Kaplun İsrail- Azərbaycan Təlim Mərkəzinin İsrailin təlim metodologiyası əsasında yaradıldığını qeyd edərək, layihənin əsas kontentindən danışıb. Mərkəzin əsas məqsədinin sənayenin ehtiyacı olan kadrların hazırlanması və təkmilləşdirilməsi olduğunu diqqətə çatdıran A.Kaplun tədris proqramlarının İT sahəsində müasir tələblərə cavab verdiyini vurğulayıb.
Sonra İsrail – Azərbaycan Təlim Mərkəzi-nin rəhbəri E.Səfərli Full stack development kontenti və Java kursları haqqında təqdimatla çıxış edib, həmçinin kursun müddəti və tədris metodikası haqqında ümumu məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Tarix: 29-02-2020, 00:15