Peşəyönümü istiqamətində təbliğat və maarifləndirmə işləri
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşəyönümü üzrə təbliğat işlərinin aparılması, gənclərin peşəyə istiqamətləndirilməsi üçün müəllim və pedaqoji-mühəndis heyətindən ibarət təbliğat qrupları yaradılıb. Təbliğat işinə məsul olan qruplar tərəfindən ümumtəhsil məktəblərində silsilə görüşlər keçirilir. Peşəyönümü işinin optimal şəkildə təşkili məqsədilə təqdimatlar həyata keçirilir, bukletlər və digər əyani məlumat daşıyıcı sənədlər paylanılır.
Bu məqsədlə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri 183 və 284 nömrəli tam orta məktəblərdə peşəyönümü istiqamətində maarifləndirmə tədbirləri keçirilib. Tədbirdə məktəbin rəhbər və müəllim heyəti, valideynlər və IX-XI sinif şagirdləri iştirak edib.
Tədbirdə peşə təhsilinin vacibliyi, yeni istifadəyə verilmiş mərkəzin imkanları, işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən söz açılıb. Həmçinin mərkəzdə tədris olunan 8 texniki ixtisas haqqında ətraflı məlumat verilib.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonda şagirdlərə sorğu vərəqələri paylanılıb və gələcəkdə üstünlük verəcəyi peşə ixtisasları barədə qeydlər aparılıb.
Tarix: 22-02-2020, 16:11